Назад

Çağdaş ədəbiyyat Скачать все книги 37 Количество книг

Жанр в блоке книги Стихи И Поэзия

Kitabda yazıçı-şair Kənan Hacının son illərdə yazdığı şeir nümunələri toplanıb.
Vəsaitdə təqdim edilən test və tapşırıqlara cavab verərək özünü tanıya bilər, kim olduğunu bir daha görə, ailədə, cəmiyyətdə, şəxsi münasibətlərdə öz xarakterinizi aydınlaşdıra bilərsiniz. Vəsaitdə bölmələr elə seçilib və yerləşdirilib ki, respondentin istənilən məlumatın dərketmə səviyyəsinin inkişaf etdirilməsinə, məntiqi nəticələr çıxarmasına, vərdişlərin, əldə edilmiş biliklərin müəyyənləşdirilməsinə imkan verir.

Жанр в блоке книги Стихи И Поэзия

Bu kitabda türkdilli poeziyanın görkəmli nümayəndəsi Rüstəm Behrudinin müxtəlif illərdə qələmə aldığı Türkçülük və Turançılıq məfkurəsindən qaynaqlanan şeirləri yer alıb.

Жанр в блоке книги Стихи И Поэзия

Bu il Türk dünyasının tanınmış şairi, fikir adamı Rüstəm Behrudinin 65 yaşı tamam olur. Yubiley ili ilə əlaqədar olaraq nəşr olunan bu kitabda müəllifin həm yeni şeirləri, həm də müxtəlif illərdə qələmə aldığı poetik nümunələrdən seçmələr, eləcə də bir sıra sənət adamlarının, ictimai şəxslərin Rüstəm Behrudinin həyat və yaradıcılığı haqqında fikirləri əks olunub.

Жанр в блоке книги Биографии И Мемуары

Kitabda ədəbiyyatşünas, şair Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Bu kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da, kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terroru”ndan qaçıb ədəbiyyata sığınmasından bəhs edir. Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.

Жанр в блоке книги Стихи И Поэзия

Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urmici yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – TURAN. TURAN – Tilsimi biziynən açılacaq bir ölkə. TURAN – Ruhu sözlərimdə çırpınan bir məmləkət! Yol gedirəm mən dəli, Bu yol dəli, mən dəli. Bu nə yoldu əvvəli Və sonrası içində.

Жанр в блоке книги Стихи И Поэзия

Bir an olsun belə düşündünüzmü, biri olsun gözlərinə baxasınız, onunla nələr edib, nələr yaşayacağınızı planlaşdırasınız. Bəs bunu düşündünüzmü? Ya “Yarı” alanlardan olacaqsınız… Ya da “Yara” alanlardan… Əminəm ikinci seçimi çoxunuz düşünməmisiniz… Siz hansını aldınız? “Yarımı”… “Yaramı”?

Жанр в блоке книги Документальная Литература

“İnsan mühəndisi” kitabı gənc müəllim, valideyn və məktəb qurmaq istəyənlər üçün nəzərdə tutulub. Şagird-valideyn, şagird-müəllim, müəllim-ailə münasibətlərindəki aktual problemlər, milli təhsil sistemi ilə çağdaş təhsildəki fərqli və ortaq məqamlara bu əsərdə münasibət bildirilib, müəllim və valideynlərə yol göstərilib. Hədəf STEAM Liseyinin qurucusu və Hədəf Konseptinin müəllifi Şəmil Sadiqin bu əsəri məktəb qurmaq istəyən pedaqoq və iş adamları üçün də faydalı əsərdir.

Жанр в блоке книги Документальная Литература

Dünya tarixi siyasi və ya şəxsi zəmində işlənmiş silsilə qətllərlə doludur. Silsilə cinayətlər digər cinayət motivlərindən fərqlidir. Bu cinayətlər XX əsrdə daha çox artıb və yüksələn tempdə davam edib. Bu kitabda insanın potensial qəddarlığının nə qədər sonsuz olduğunu görəcəksiniz. Kitabı oxuyanda ürpərməmək mümkün deyil. Çünki bu kitabdakı bütün hadisələr həqiqətən də baş verib. Qeyd edilən bütün qatillər, qurbanlar, şahidlər və detektivlər hamısı bizim dünyamızın insanları idi.

Жанр в блоке книги Исторические Приключения

Hər kəsin “kaş ki”ləri olur. Kimində az, kimində bütün həyatı boyu. “Prometey əfsanəsi” bir “kaş” romanıdır – arzuların çin olmadığı, bir millətin alovunun necə söndürüldüyünü ifadə edən roman. Romanda hadisələrin böyük hissəsi XX əsrdə cərəyan edir. Burada Azərbaycan xalqının məruz qaldığı əsarət, respublika quruculuğu, müstəqil olmaqdan müstəqilliyin bərpasına qədər davam edən keşməkeşli dövr təsvir edilir. Əsər Azərin timsalında Azərbaycanın taleyini göstərir. “Prometey əfsanəsi” həm də eksperimental romandır. Romanda XX əsr Azərbaycan ədəbiyyatının da izlərini aydın görmək olar. Pastişdən sıx istifadə romanı bu ədəbiyyatın bir parçasına çevirir.
Əjdər Ol öncəliklə realistdir. Milli insanın xarakteri və milli həyatın mənzərələri onu daha çox məşğul edir. Eyni zamanda, klassik və modern hekayəçiliyin keçdiyi yollara da yaxından bələd olan yazar insan xarakterinin iti müşahidəçisi və insan təsvirinin ustasıdır. Bu xüsusiyyətləri Əjdər Olu vacib ədəbi uğurlara və gözlənilməz nəticələrə aparıb çıxarır. Kitabda yer alan 7 portret hekayə və 13 hekayə realizmin ən sərt üzünü oxuculara çatdırır. Müəllifin indiyədək çap olunmuş ən yaxşı və uğurlu hekayələri bu kitabda toplanıb. İnanırıq ki, Əjdər Olun məxsusi yumor hissi, müşahidə bacarığı və anlatma tərzi oxucuların marağına səbəb olacaq.

Жанр в блоке книги Стихи И Поэзия

Kitabda toplanan şeirlər əslində Tanrıya oxunan dualardır – dörd şairin qırx duası. Bu dualardan hansı Tanrıy çatacaq, hansı göy üzündə itib-batacaq, bunu bir Tanrı bilir. Hər halda, bu şeirlər duadır. Tanrıya yetsə də, yetməsə də. Əziz oxucu, ruhunun qapısını döyən bu dualar səni ovudacaqmı, kədərləndirəcəkmi, bu sənin işindir. Ancaq Ruhunun qapısını taybatay aç bu dualara, Tanrıya gedən yolun qısaldı bəlkə....

Жанр в блоке книги Легкая Проза

Romanda baş verən hadisələr bir gəncin mənəvi dəyərlərlə gerçək tələblər arasındakı təbəddülat hislərindən bəhs edir. Onun sındırılması üçün istər psixoloji, istərsə də fiziki təzyiq vasitəsinə əl atılır. Tələb isə çuğulluqdur. Əyalət gənci qan yaddaşında belə tələbin yaramazlıqla bir tutulduğunu anlatmağa çalışsa da, ondan zəmanəyə uyğun hərəkət etməsi gözlənilir. Əyalətin saf hisləri ilə şəhərin acı gerçəkliyi arasında qalan gənc dünyaca məşhur çuğullarla öz həyatını müqayisə etməklə, yaxud xəyalında ibtidai icma quruluşuna uçmaqla təsəlli tapır. Tapılan son vasitə isə ətrafdakıları dəhşətə gətirir.

Жанр в блоке книги Документальная Литература

Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.
Kitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu SEVGİ və İNAM kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub. Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb.

Жанр в блоке книги Современные Детективы

Elxan Elatlının “Susan qadın” psixoloji-detektiv romanı ər xəyanətinə uğramış və bu səbəbdən qüruru əzilmiş Əsmər adlı gənc bir qadının keçirdiyi qısa, eyni zamanda olduqca iztirablı həyatından bəhs edir. Mürəkkəb sevgi və ailə münasibətlərinə ustalıqla toxunulan əsərdə bir çox oxucunun özünü tapacağına əminik. “Susan qadın” romanının əsas süjeti bir cinayətin axtarışı üzərində qurulub. Lakin bu cinayət necə bir cinayətdir, buna oxucu özü cavab verəcək. Hər halda ölümlə nəticələnmiş ağır bir cinayət var və təqsirkar axtarılır. Romanın ikinci əsas qəhrəmanı yazıçının əvvəlki bir çox romanlarından tanıdığınız istefada olan polis polkovniki, məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıdır. Oxucular əsərdə onun apardığı maraqlı təhqiqatla bərabər şəxsi həyatında baş vermiş bəzi kədərli yeniliklərlə də tanış ola biləcəklər.
Əziz oxucu… Əgər “Ona”nı oxumusansa ön sözdə özüm haqqında məlumatlar yazmaq, tərcümeyi-halımı, şəxsi uğurlarımı və s. qeyd etməyi sevmədiyimi bilirsən. Bir oxucu kimi gözəl bilirəm ki, hər zaman oxucu müəllifdən çox onun kitabı haqqında maraqlanır, kitabın ilk səhifələrində də uzun, yorucu uğurları, mükafatları görməkdənsə, bir an öncə kitabın içində nələr olduğunu görməyə səbrsizlənir. Doğrusu, bu sahədə hansısa uğurlarımdan və mükafatlarımdan danışmağım da gülməli olardı. Ona görə ki, mən bir yazıçı olmadığımı da, həddimi də çox gözəl bilirəm. Əgər yazıçı olmaq üçün on addım varsa, mən hələ birinci yol ilə ikinci yol arasında yerləşən o körpüdə yeriyirəm və ümid edirəm ki, heç olmasa illər sonra o on addımlıq yolun yarısını qət edə biləcəyəm.

Жанр в блоке книги Биографии И Мемуары

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı – ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır… Bu, xanənişin həyatın, bir epoxanın sonudur.
Kitabda müəllifin “Qana qan qarışdı”, “Vətən daşı” pyesləri, vətənpərvərlik mövzusundakı hekayələri və köşə yazıları öz əksini tapmışdır.

Жанр в блоке книги Документальная Литература

Kitabda f.ü.f.d.,dos. Şəmil Sadiqin müxtəlif illərdə mətbuatda çap edilən elmi və elmi-publisistik məqalələri toplanmışdır.

Жанр в блоке книги Современные Детективы

Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım – Xocalı facisədir. İki müəllifin ürək döyüntüləri ilə yazdığı bu roman iki müxtəlif süjetlə inkişaf etdirilib: Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hisslərini, keçirdiyi acı günləri əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları. Məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov 2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurulması üçün məxfi bir sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstünü açır.
Çağdaş Azərbaycan nəsrinin nümayəndələrindən biri olan Şəmil Sadiqin “Arvadsız kişi” kitabı hekayələr toplusudur. Kitabda çox maraqlı mövzularla qarşılaşacaq, dünyasını dəyişən, ruhu bədənindən ayrılan və baş verənləri kənardan müşahidə edən bir qadının maraqlı əhvalatından tutmuş (“Mən ölmüşdüm”), vətən yolunda sağlamlığından olmuş bir qazinin əhvalatına (“Qazinin ayağı”) qədər fərqli hadisələrə şahid olacaqsınız. Altmış doqquz yaşında evlənmək istəyən bir qoca ilə (“Arvadsız kişi”), və ingilis dilini bildiyi üçün iş tapan, tapdığı iş isə bir ingilisin itini saxlamaq olan tipik zəmanə adamı ilə də (“İngilis iti”) rastlaşmağınız mümkündür… Kitabda xüsusi bölmədə təqdim edilən “Pıllı əminin sərgüzəştləri” isə sizi təkcə Pıllı əmi kimi maraqlı bir tipajla deyil, həm də onun timsalında Azərbaycanın məşhur bir bölgəsinin kaloritli məişəti və həyat tərzi ilə də tanış edəcək.
Kitabda yazıçı-şair, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin son illərdə yazdığı şeirlər, əsərlərindən sitatlar, paylaşdığı seçmə statuslar toplanıb. Bu ədəbi nümunələrin hər birində ədibin milli vətənpərvərlik nəfəsi, insanlığa, vicdana səsləyiş, ülvi sevgi və təmənnasız hislərin tərənnümü duyulur.

Жанр в блоке книги Документальная Литература

Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə yalan danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş söymək olmaz, azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, alver etmək olmaz, iki arvad almaq olmaz, oğurluq olmaz, öz xeyrini güdmək olmaz, üsyankar olmaq olmaz… Bir sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə görmürük və qəbul da etmirik.

Популярные серии