Назад

Баласагуни Юсуф Скачать все книги 4 Количество книг

Bu dəfə Yusif Xas Hacibin “Qutadqu-bilik” kitabını oxuyacağıq. Kitabda Xaqan Gündoğdunun dövləti necə idarə etməsindən danışılır. Heç vaxt ədalətsiz qərar verməyən bu xaqan yorğun düşdüyündən özünə ədalətli köməkçi axtarışına çıxır. Əvvəlcə Aydoldunu, daha sonra oğlu Öyülmüşü müxtəlif sınaqlardan keçirib özünə köməkçi seçir. Biliyin faydalarından, bilgəliyin hər insana qismət olmadığından, xalqa sevgidən, ədalətin insan həyatındakı rolundan tez-tez söhbət açılır.

Жанр в блоке книги Мифы / Легенды / Эпос

Əziz oxucu, türk dünyasının böyük oğlu, görkəmli xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində sizə təqdim etdiyimiz bu kitab türkdilli xalqların möhtəşəm abidəsidir. XI əsrin yadigarı – Yusif Balasaqunlunun "Qutadğu bilig" və ya “Qutadqu bilik” (Xoşbəxtliyə aparan elm) kitabında ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, Allah və bəndə qarşısında başlıca vəzifələrinin nədən ibarət olduğu poetik dillə verilmişdir. Hər bir türk qızı üçün ər evinə cehiz kimi aparılan bu kitab ən böyük, ən müqəddəs hədiyyədir. Ən ali əxlaqi dəyərləri əks etdirən "Qutadğu bilig"i türk dünyasının möhtəşəm əxlaqi kodeksi də adlandırmaq olar.

Популярные серии