Назад

Məmmədli Vahid Скачать все книги 7 Количество книг

Жанр в блоке книги Современные Любовные Романы

Uşaqlıqdan Qarabala ləqəbi ilə tanınan Nadirin, babası Nadirdən, atası Zakirdən fərqi ondadır ki,oturub-durduğu yaşca böyük dostları sayəsində böyüdüyü mühitlə yeni dünya düzəninin fərqli olduğunu dərk edir, kababçı Nadirin "köhnə kişilər" dünyasının məhsulu olan Qarabala anlayır ki, dedi qodular, mənən təmiz, mərd insanların şərlənməsi bəzən günahsızların məhvinə, güclülərin yanlış qərar verməsinə gətirib çıxarsa da bir gün qan yaddaşı insanı özü olmasına, əsl sevgisinə qayıtmasına, qələbə qazanmasına məcbur edir… Müasir Azərbaycan ədəbiyyatının ustadlarından olan Vahid Məmmədlinin "Qarabala" romanı oxucularını həmişəki kimi dərindən düşündürür.//

Жанр в блоке книги Классическая Проза

Sağlamlıq, özgürlük, sabitlik üçün pul önəmli vasitədir. Lakin pul da, var dövlət də müsbət enerjidən qaynaqlanmırsa insan varlı ola bilməz, olsa da xoşbəxt olmaz.İnsan doğulduğundan ölənə kimi qazandıqlarından, təbiətdən aldığı enerjini sevgiyə çevirib başqalarına ötürə bilmirsə yaşamır…Sevgisiz ömür isə insanın min bir əziyyətlə qazandığı pulu boşa xərcləyib iflasa uğramasının eynidir… Vahid MəmmədliKitabda V.Məmmədlinin məşhur hekayələrindən bir neçəsi yer alır.
Kitabda Vahid Məmmədlinin müxtəlif illərdə yazdığı hekayələrindən bir qismi toplanmışdır."Allah insanlarla yalnız bir dəfə – dünyanı yaradanda danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hər kəsin anladığı sözlər…"(Adəmin lüğəti)

Жанр в блоке книги Боевики

"Müqəddəs 44" hər iki Qarabağ müharibəsinə həsr olunmuş ən yaxşı əsərlərdən biri olmaqla yanaşı həm birinci, həm də ikinci Qarabağ müharibələrini bir süjet xəttində birləşdirməklə seçilir.

Жанр в блоке книги Современные Любовные Романы

Müasir uşaq və gənclər ədəbiyyatının ən yaxşı romanlarından olan bu əsər Kanada, Çin, Yaponiya, Malayziya, Avstraliya və Niderlandın öndə gedən elektron satış portallarında Rakuten Kabo tərəfindən satışa çıxarıldıqdan sonra ilk dəfədir ki, Azərbaycanca elektron kitab halında nəşr edilir. Roman müəllifin sevimli uşaqlara, yeniyetmə və gənclərə hədiyyəsidir.Digər dillərdəki variantlarından fərqli olaraq Azərbaycancası ən ucuz qiymətə yerləşdirilmişdir ki, hər kəs oxuya bilsin. Amerikanın tanınmış kitab redaktorlarından biri, Hollivudun senari yazarı Devid Ferris Vahid Məmmədlinin “Qırmızı ilə selfi” əsəri barədə yazdığı rəydə bildirir ki, bu kitab az sözlə çox məna kəsb etməyi, bir deyil, bir neçə hekayəti nəql etməyi bacarır, insanla heyvanlar arasındakı fərqlilikləri, dostluğu, xəyanəti araşdırır. Bakının özünəməxsus koloritini göstərməklə həm ölkəsini tanıdır, həm də dünyaya sevdirir… Gənclər və uşaqlar üçün maraqlı olmaqla yanaşı, yaşlı nəsli də düşündürür…

Жанр в блоке книги Классическая Проза

Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının. “Şəhrizad” romanının “xalqı” da eyni aqibətlə üzləşir; öz varlığını qorumaq üçün bircə yolu var, milli kimliyini ona təklif olunan mədəni kimliyinə qurban vermək. Aqşin YeniseyVahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdirən folklordangəlmə və müəllifin yaradıcı fantaziyasını əks etdirən artefaktlar eklektik vəhdət deyil, milli-mədəni yaddaşın ilkin mənalarını dərk etməyə yönəlmiş polifonik bütövlükdür. Nəticə etibarilə, zahirən repressiyadan bəhs edirmiş kimi görünən “Şəhrizad” romanı milli-mənəvi ideallarla yanaşı, təbiətin qadın başlanğıcı və sənət qarşısında təzim aktına çevrilir. Mətanət Vahid

Жанр в блоке книги Историческая Литература

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Qədim Şərqin məşhur sevgi dastanı olan “Leyli və Məcnun” Nizaminin qələmində ölməz əsərə çevrilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən. “Leyli və Məcnun” əsəri sənə saf sevgi anlayışının nə qədər həyati əhəmiyyətli olduğunu anladacaq.

Популярные серии