оглы Гусейнов Чингиз Гасан Скачать все книги 4 Количество книг
Жанр в блоке книги Зарубежные Приключения
Жанр в блоке книги Классическая Проза
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri «Bakinski raboçi» qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.1962-ci ildə yazıçının «Azərnəşr»də «Mənim bacım», 1964-cü ildə «Əriyən heykəl», 1969-cu ildə «Çətin yoxuş» və «Novruzgülü», 1973-cü ildə «Adını demədi», 1980-ci ildə «Adalar» kitabları çıxmışdır. Bunlar əsasən ziyalı mühitindən bəhs edən hekayələr və yığcam povestlərdir. Adını demədi» povestində təhkiyə bir qayda olaraq birinci şəxsin dilindən aparılır. Burada əsas konflikt müasir tərbiyəli insanlarla köhnə, xəstə əxlaqi ənənələr arasındakı konfliktdir.
Жанр в блоке книги Историческая Литература
"Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur.
Жанр в блоке книги Классическая Проза
«Çingiz xanın ağ buludu» povesti Çingiz Aytmatovun dünyada әn çox oxunan, әdәbi ictimaiyyәt tәrәfindәn yüksәk qiymәt verilәn «Әsrdәn uzun gün» romanına әlavәdir. Povestdә totalitar dövlәt marağı, һökmdar һökmü ilә әbәdi bәşәri dәyәrlәr – insan taleyi, adi adamların böyük sevgisi üz-üzә qoyulur. Bu qarşıdurmada sevmәyә vә öz sevgisinin cәzasını çәkmәyә mәһkum olunmuş insanlığın tarixi dәһşәtli bir faciә kimi qavranılır.
Популярные серии
10 Количество книг
0 Количество книг
2 Количество книг